1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şəfəq-Asiman

Şəfəq-Asiman

Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi ilə bağlı son məlumatlardan xəbərdar olun

Shafag-Asiman

2010-cu ilin oktyabr ayında bp ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzaladılar.

 

Bundan öncə Şəfəq-Asiman dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri“ adlı sənəd razılaşdırılmış və imzalanmışdı. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir.

 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.

 

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci ilin yanvar ayının 13-də başlanmışdır.

 

İlk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Kəşfiyyat quyusunda (SAX01) aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam etmişdir.