1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şahdəniz

Şahdəniz

Bakıdan 70 kilometr cənub-şərqdə, Xəzər dənizinin şelfində  yerləşən Şahdəniz dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir.

Şahdəniz (ŞD) yatağı 1999-cu ildə kəşf edilmişdir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.

 

Şahdəniz yatağını özünün Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından bp şirkəti işlədir.

 

Şahdəniz - struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. bp şirkəti Şahdəniz BM-in operatorudur. Birgə müəssisənin tərəfdaşları aşağıda qeyd edilmişdir.

 

Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz (mlrd.km/il) və gündə 50000 barel kondensat təşkil edir.

 

2021-ci ildə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Shah Deniz Alpha platform

Shah Deniz Alpha platform

2024-cü ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 780 milyon dollar əməliyyat xərcləri və təxminən 582 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

 

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.

 

Geoloji kəşfiyyat

 

Şahdəniz müqavilə sahəsində qazılmış kəşfiyyat quyusunun (SDX-8) hədəflədiyi laylardan 2023-cü ildə əldə olunmuş məlumatların təhlili bu ilin ilk üç rübü ərzində davam etmişdir. Bunda məqsəd hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirməkdir. 

Şahdəniz üzrə tərəfdaşlarımız

29.99%
19.99%
19%
16.02%
10%
5%