1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Şahdəniz
  5. Xəzərə qabaqcıl texnoloji təcrübənin gətirilməsi

Xəzərə qabaqcıl texnoloji təcrübənin gətirilməsi

Şahdəniz yatağının işlənməsi zamanı  bir sıra texniki çətinliklər ortaya çıxdı. Buraya yüksək lay-kollektor təzyiqləri, dərin sularda yerləşmə və nəhəng coğrafi ərazini əhatə etməsi səbəbindən lay-kollektora girişin mürəkkəbliyi daxil idi. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Şahdəniz layihəsində qabaqcıl sualtı və qazma texnologiyaları tətbiq olundu. Onlardan bəziləri, o cümlədən aşağıda qeyd olunanlar, Xəzərdə ilk dəfə istifadə olunurdu:

  • Böyük miqyaslı sualtı hasilat. Şahdəniz sualtı hasilat sistemi 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 km axın xətti olan dünya səviyyəli bir sistemdir. Burada dünyanın ən çətin yüksək təzyiqli quyularından qaz hasil etmək üçün yeni qazma və tamamlama sistemlərindən də istifadə olunur.
  • Təzyiqə qarşı yüksək etibarlılıqlı qoruyucu klapan (HIPPS). HIPPS klapanı Xəzər dənizində ilk dəfə istifadə olunan daha bir yenilikdir. Manifold təzyiqi əvvəlcədən təyin olunmuş səviyyəni aşdıqda HIPPS klapanı cəmi 15 saniyədə bağlana bilir və bununla Şahdəniz yatağında ən yüksək təhlükəsizlik standartlarına nail olmağa imkan verir. 
  • Birbaşa elektrik isitmə. Bu müasir texnologiya 500 metr dərinlikdə dənizin dibində yüzlərlə kilometr boru kəməri ilə axan neft və qazın soyumasının, parafinləşməsinin və sürətlə yığılaraq boru kəmərlərinin tıxanmasına səbəb olan, hidrat adlandırılan buz parçalarının əmələ gəlməsinin qarşısını almaq üçün tələb olunur. 
  • Nasos-kompressor boruları üçün asqı. Diametri cəmi 7 düym olan bu xırda avadanlıq quyudakı boruları sualtı sistemlə birləşdirərək axın sürətini artırmağa kömək edir. 
  • Genişləndirilə bilən bərk boru elementləri. Boru elementləri, daha dərin lülə intervallarının nisbətən böyük ölçüdə qazılması və qoruyucu kəmər quraşdırılmasına imkan verir. 
  • Səngəçal terminalında istiliyin utilizasiyası. Bu qurğular fiziki olaraq terminaldakı kompressorların qaz turbinlərinə bərkidilmişdir. Onlar qaz turbinindən çıxan işlənmiş qazı tutaraq terminal boyu istilik təmin etmək üçün istifadə edir. Təkcə bu istilik dəyişdiriciləri sayəsində emissiyaların CO2 ekvivalentində ildə təxminən 110000 ton azalacağı gözlənilir.