1996 Şahdəniz üzrə hasilatın pay bölgüsü sazişi imzalandı
1999 Şahdəniz yatağı kəşf olundu. 1 trilyon kubmetrdən artıq qaz və 2 milyard barel kondensat həcmində nəhəng qaz yatağı. bp-nin indiyədək ən böyük qa...
2001 Mərhələ 1 qazının tranziti, nəqli və satışı üzrə hökumətlərarası sazişlər imzalandı
2002 Tranzit Ərazisinə Malik Ölkələrin Hökumətləri ilə Sazişlər imzalandı
2003 Şahdəniz Mərhələ 1 layihəsinin icrası və Şahdəniz Mərhələ 1 layihəsi üzrə obyektlərin inşası başlandı
2004 Cənubi Qafqaz Boru Kəmərinin tikintisi başlandı
2006 Şahdəniz Mərhələ 1 platforması dənizdə quraşdırıldı
2006 Şahdəniz Mərhələ 1 layihəsi üzrə ilk qaz hasil edildi və Cənubi Qafqaz Boru Kəmərinə vuruldu
2007 Şahdəniz Mərhələ 1 qazı Gürcüstan və Türkiyəyə çatdırıldı
2007 Şahdəniz yatağının dərin qatlarında iri həcmli əlavə qaz-kondensat ehtiyatları aşkar edildi
2010 Azərbaycan və Türkiyə hökumətləri arasında Şahdəniz 2 işlənməsinə yol açan anlaşma memorandumu İstanbulda imzalandı
2011 Avropa İttifaqı və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamə imzalandı
2012 Azərbaycan və Türkiyə arasında Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasına dair hökumətlərarası saziş imzalandı
2013 Trans-Adriatik Boru Kəməri (TAP) Avropaya ixrac marşrutu kimi seçildi
2013 Avropanın doqquz şirkəti ilə uzunmüddətli qaz satışı sazişləri imzalandı
2013 Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə yekun investisiya qərarı verildi
2014 Səngəçalda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi və Şahdəniz 2 üçün əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri i...
2014 Şahdəniz 2 üçün əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalandı 2014 Şahdəniz 2 üçün əsas mühəndis-layihələndirmə, tikin...
2015 Şahdəniz 2 obyektləri və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işləri başlandı
2016 Şahdəniz 2 platformalarının birinci dayaq bloku dənizə yola salındı və quraşdırıldı
2017 Şahdəniz 2 platformalarının ikinci dayaq bloku dənizə yola salındı və quraşdırıldı
2017 Şahdəniz 2 platformalarının üst tikililəri dənizə yola salındı
2017 Şahdəniz 2 layihəsi üçün yeni müasir Xankəndi sualtı tikinti gəmisi istismara verildi
2017 Azərbaycan və Gürcüstan üzrə tikinti işlərində 30000-dən çox insan iştirak edirdi – 24000 Azərbaycanda, 6000 Gürcüstanda
2017 Şahdəniz 2 platformalarının üst tikililəri dənizdə quraşdırıldı
2018 Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinin Səngəçal terminalında rəsmi açılışı oldu
2018 Şahdəniz 2 çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqli başlandı
2018 Şahdəniz 2 Bravo platformasından ilk hasilat əldə edildi
2020 Şahdənizdən Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qaz nəqli başlandı
2021 Şahdəniz 2-dən hasilat artmaqda davam edir – dərinsulu Şərq-Cənub cinahından hasilat başlandı